Human Resources Forum 2018

0

ADA Universitetinin Magistr Tələbə Höküməti tərəfindən təşkil olunan “HR Forum 2018” tədbirinə hər birinizi məmnuniyyət hissi ilə dəvət edirik. Forumda Azərbaycanın bir sıra öndə gedən şirkətlərinin və dövlət müəssisələrinin İnsan Resursları üzrə peşəkarları spiker qismində çıxış edəcəklər:

– Ayna Cahandarova, CHRP – Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) , Insan Resursları üzrə Aparıcı mütəxəssis: “Performansın İdarəedilməsi Sistemi”;
– Taleh Qasımov, Assoc. CIPD – Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İnsan Kapitalının İdarəedilməsi departamentinin müdiri: “Korporativ mədəniyyət və iş mühütü”;
– Asif Sadıqov, SPHRi, Assoc. CIPD – Gilan Holdinq, Təşkilatı inkişaf üzrə menecer: “Effektiv Əmək Haqqı Sistemləri”;
– Gülarə Novruzova – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)/ Azneft PU, İnsan Resursları üzrə mütəxəssis: “Motivasiya nəzəriyyələri və motivasiya sisteminin qurulması”;
– Orxan Kərimli – İnnovatcs MMC, İnsan Resursları Rəhbəri: ”Big Data və İnsan Resursları”;
– Rauf Musabəyli – PAŞA İnşaat MMC, İnsan Resursları Meneceri: “Universitet Məzunlarının İşə Qəbul Proqramı”;
– Nərmin İsmayılova, Assoc. CIPD – Xəzər Universiteti, Xarici tələbələrin qəbulu üzrə mütəxəssis: “İşçilərin işə qəbulu və seçilmə prosesi (Recruitment and Selection)”;
– Elgün Qurbanov – Azərbaycan Respublikasının Beynəlxalq Bankı, İşə Qəbul üzrə Aparıcı mütəxəssis: “LinkedIn və onun istifadəsinin effektiv yolları”;
– Elçin Zeynalov – Practical Solution Group Management Systems, Layihə Meneceri: “Dəyişikliyin İdarəolunması”.

Tədbirdə iştirak etməklə Siz bu sahə üzrə peşəkar mütəxəssislərə Insan Resurslarının İdarə edilməsi ilə bağlı bütün suallarınızı yönləndirmək imkanını əldə edəcəksiniz. BÜTÜN LEKSİYALARI UĞURLA TAMAMLAYAN İŞTİRAKÇILAR TƏDBİRİN SONUNDA SERTİFİKATLARLA TƏLTİF OLUNACAQLAR. Əlavə olaraq, tədbirin iştirakçıları kofe və çay fasiləsinə də qatıla biləcəklər.

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1QsKv9whwR5iWc83SqHKQZfpx0r3cX1MD73E4LPH6Bsc/edit

Qeydiyyat üçün son tarix: 11 dekabr, saat 19:00

Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur! Qeydiyyatdan uğurla keçmiş iştirakçılara email vasitəsi ilə bildiriş göndəriləcəkdir. Bu tarixdən gec qeydiyyatdan keçmiş şəxslər tədbirə buraxılmayacaqlar.

Tədbir 15 dekabr, saat 11:30-da ADA Universitetinin Böyük Auditoriyasında baş tutacaqdır.

Diqqətiniz üçün təşəkkürlər!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin