Vizual hekayələr: Küçə sənətinin (Graffiti) Misir İnqilabında rolu

0

Vizual hekayələr mühazirələr sessiyamızın bu dəfəki qonağı Gülarə Əliyeva küçə sənəti olan graffitinin Misir inqilabındakı rolundan bəhs edəcək.

2011-ci il Misirdə baş tutan, Hüsnü Mübarək rejiminin devrilməsi ilə nəticələnən “Ərəb Baharı” inqilabının iştirakçıları etiraz dalğalarını incəsənətlə gücləndirmiş, küçə teatr qrupları, yazıçılar, repçi və müğənnilər inqilabın aktiv iştirakçısı olmuşdur. Nümayiş dalğalarına movzunun əsas qəhrəmanları olan, boz divarlara inqilab ruhu qatan küçə və graffitti sənətçilər də qoşulmuş, etirazlarını özünəməxsus şəkildə ifadə etmişdilər. Sözügedən sənətkarların inqilab zamanı Misir cəmiyyətinin gələcəyə baxışının formalaşmasına, fərqli düşüncə və fikirlərə açıq olmasına inanılmaz d’ərəcədə təsiri olmuşdur.

Spikerimiz Gülarə Əliyeva, bu prosesesin necə başlandığını, ölkə miqyasında necə böyüdüyünü və hansı nəticələrə gətirib çıxardığının tədqiqatı ilə məşğul olmuşdur. Öz mühazirəsində o, xalq qəhramanlarından və küçə incəsənətinin nümayəndələri hansı şəkildə birləşdiyindən danışacaq.

Mühazirəmizin spikeri – ərəbşünas mütəxəssis Gülarə Əliyevadır . O, Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin üzvü , “Radio Sharg ” online radio platformasının layihə meneceridir.

Tarix: 16 dekabr 2018-ci il
Saat: 18:00
Məkan: Baku İdealab Caspian Plaza III korpus, 3-cü mərtəbə
Giriş sərbəstdir

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin