“UniverMAYAK” layihəsi çərçivəsində xaricdə təhsillə bağlı təlimlər

0

Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gələn “UniverMAYAK” layihəsi çərçivəsində xaricdə təhsillə bağlı təlimlərə az qaldı.

Çox pul xərcləmədən müxtəlif universitet və proqramlara müraciət etmək istəyən gənclər, xaricdə təhsillə bağlı ətraflı məlumat əldə etmək üçün mütləq bizə qoşulun!

Təlimdə nələr əldə edəcəksiniz?

  • Sənədlərin hazırlanması
  • Referans almaq üçün doğru şəxslərin seçilməsi
  • Motivasiya məktubunun profesional hazırlanması qaydaları
  • Motivasiya məktubunun yazılması (praktiki)
  • Doğru ölkə və universitet seçimi
  • Perspektivli ixtisaslarla bağlı tövsiyələr
  • Məşhur təqaüd proqramları haqqında ətrafl məlumat
  • Proqramlara müraciət üçün təlimçidən birbaşa yardım

Təlimin müddəti:

Həftədə bir dəfə olmaqla 10 təlim keçiriləcək.

Təlimin başlama tarixi seçilən şəxslərlə əlaqə saxlanaraq bildiriləcək.

Qeyd edək ki, iştirakçılar sertifikatla təltif olunacaq.

Təlimçi haqda məlumat:

Təlimçimiz İngiltərənin Şeffild Universitetində bakalavr və London İqtisad Məktəbində magistr pilləsi üzrə təhsil almış Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazovdur. İ.Şahbazov ixtisasca sosioloq və kriminoloqdur.

Qeydiyyat linki:  https://bit.ly/2EnzlZL

QEYDİYYAT ÜÇÜN SON TARİX: 21 dekabr, saat 18:00

Təlimlərdə iştirak ödənişsizdir.

Qeyd:Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin