CHİP Azərbaycan jurnalının təqdimatı

0

Dünyaca məşhur maqazin jurnalı “CHIP” artıq Azərbaycanda!!!
25 dekabr saat 10:00-da “Park İnn” Hotelində “CHİP Azərbaycan” jurnalının təqdimat mərasimi baş tutacaq. Möhtəşəm təqdimatda bir çox texnologiya şirkətləri iştirak edəcək, maraqlı təklifləri ilə tədbirə rəngarənglik qatacaqlar.
Məşhur aparıcı Vüsalə Səidin təqdimatı ilə keçiriləcək tədbirdə jurnalın ilk nömrəsi və Coffe break hər kəs üçün hədiyyə olunacaq. Jurnalın içərisinə yerləşdirilmiş hədiyyə isə hər kəsdə xüsusi maraq doğuracaq.
2 saata qədər davam edəcək tədbirə maraqlı olan hər kəs dəvətlidir. İştirak etmək istəyənlərin əvvəlcədən qeydiyyatdan keçməsi mütləqdir.
Qeyd edək ki, “CHİP Azərbaycan” jurnalının məqsədi bütün texnologiya, IT şirkətlərini bir araya toplayaraq, texnologiya sahəsində olan yeniliklərdən birlikdə xəbər tutmaq və birgə inkişafa nail olmaqdır.
“CHİP Azərbaycan” jurnalının təqdimatında iştirak etmək istəyən şəxslər bu link vasitəsi ilə əvvəlcədən qeydiyyatdan keçməlidir.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeYqCNpaUk0sudObRoevqY1RiHR8UVXn8izXloVtZFtbdmQJA/viewform

Ətraflı məlumat üçün
Əlaqə: 055 213 43 61

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin