“Xalq Sığorta” vakansiya elan edir

0

Əməliyyat şöbəsinə mütəxəssis

Əsas vəzifə öhdəlikləri

– Sığorta müqavilələrinin düzgün yazılması;
– Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
– Sənədlərin dəqiqliklə yoxlanılması.
– Müştəri qəbulu və sənədlərin ekspertizası
– Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
– Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
– Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
– Ofis üzrə ciddi hesabat hlanklarının dövriyyəsinə nəzarət

Namizədə tələblər

– Yaş: 20-35
– Cinsi: Xanım
– Təhsil: Ali
– İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan, İngilis, Rus (əla)
– Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

– Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
– Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
– Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
– Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Şərtlər:

– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “əməliyyat şöbəsinə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Şirkət:
Xalq Həyat Sığorta şirkəti

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin