Artıq kəşf etdim / Yekun sərgi

0

Və nəhayət ki, o gün gəldi çatdı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi yanvarın 10-u, saat 18:30-da “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisi ilə qarşınızda olacaq.

6 ay müddətində davam edən ustad dərslərinin iştirakçıları: Müseyib Əmirov, Əsmər Nərimanbəyova, Eliyar Əlimirzoyev, Sabina Şıxlinskaya, Əli Şəmsi, İnna Kostina, Kənan Əliyev, Gülarə İsrafilova, Vüqar Əli, Gülnarə Ələkbərli, Vüsal Rəhim və Fərhad Yalquzaq kimi tanınmış və peşəkar rəssamların rəhbərliyi altında öz yaradıcı potensiallarının yeni üfüqlərini aşkara çıxarmaq, asudə vaxtlarını səmərəli keçirmək və rəsm dünyasına qərq olmaq imkanı qazanmışdırlar.

“Özünü kəşf et” layihəsi iyul ayından etibarən dekabr ayına kimi davam edib və uğura imza atmağa nail olub. Belə ki, indiyə qədər 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib və artıq iştirakçılarımız ustadlarımızdan öyrəndikləri vasitələrlə yaratdıqları əsərlərini qonaqlara qürurla təqdim edəcəklər.

Tədbir zamanı pianoçu Seymur Əliyevin caz çıxışları sizlərlə xoş ovqat bəxş edəcək.

Sərgi yanvarın 10-u, saat 18:30-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.
Giriş sərbəstdir

Ünvan: Bayıl, YARAT Mərkəzinin yanı
Əlaqə nömrəsi : 012 505 7718; 050 251 41 15

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin