Azər Türk Bankda İŞ imkanı! – 2 Yeni VAKANSİYA

0

Karyeranızı bank sahəsində qurmaq istəyirsinizsə, o zaman Azər Türk Bank-da elan olunan yeni vakansiyalarla tanış olun:

  • İnformasiya Texnologiyaları departamentində

Proqramçı

 

Namizədə olan tələblər

  • Ali təhsil
  • Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • SQL optimallaşdırılması üzrə təcrübə
  • JAVA Framework-ləri (Spring, JSF) üzrə biliklərin olması
  • ORACLE (PL/SQL, SQL) üzrə bilik və təcrübə

 

Vəzifə öhdəlikləri

  • Proqram təminatlarına nəzarət edilməsi
  • Biznes tələblərin təhlili və tələblərə uyğun yeni program təminatların hazırlanması

 

CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək ilk addımı ata bilərsiniz.

  • Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin

    Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis

     

    Namizədə olan tələblər

    • Ali təhsil (İqtisadiyyat, maliyyə);
    • Bank sahəsində 2 il, nəzarət, audit və ya risk sahəsində 1 illik iş təcrübəsi;
    • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
    • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
    • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədləri bilmək;
    • Analitik təhlil qabiliyyəti;

     

    Vəzifə öhdəlikləri

    • Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
    • Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
    • Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
    • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
    • Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.

     

    CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək ilk addımı ata bilərsiniz.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin