Xovsuz xalçalar mühazirəsi

0

Əziz dostlar və sənətsevərlər!

Azərbaycan Xalça Muzeyi sizi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının Memarlıq və İncəsənət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyevanın “Xovsuz xalçalar” mühazirəsinə dəvət edir.
Mühazirədə xovsuz xalçaların tarixi inkişaf mərhələləri, növləri, toxunma texnologiyaları və məişətdəki rolundan bəhs ediləcək.

Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
12 yanvar 2019-cu il, saat 14:00
Giriş sərbəstdir

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin