Məşğulluğun artırılması istiqamətində tədbirlərin təşkili

0

Əziz gənclər!
Azərbaycan Respublikasının Gənclər fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Gənclərin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin təşkili” layihəsində iştirak üçün qeydiyyat formu açıq elan olunmuşdur.

Layihənin məqsədi Bakının şəhərətrafı kənd və qəsəbələrində yaşayan işsiz gənclərin məşğulluğunun artırılmasına dəstək vermək məqsədilə şəxsi məhsuldarlığın və effektivliyin artırılması, düzgün iş axtarma texnikaları mövzularında interaktiv və praktik təlimlər həyata keçirmək, eyni zamanda aidiyyatı və maraqlı qurumlarla əməkdaşlıq edərək layihə iştirakçılarının müvafiq iş və ödənişli təcrübə proqramlarına yönləndirilməsini təmin etməkdən ibarətdir.

Layihə 2 mərhələdən ibarətdir:
1. Seçilmiş 20 nəfər iştirakçının təlim sessiyalarına cəlb olunması-
6-24Fevral
2. İştirakçıların layihədəki uğurlu iştirakına uyğun olaraq müavfiq iş və təcrübə proqramlarına yönləndirilməsi- 1-20 Mart

Son müraciət tarixi: 25 Yanvar
Müraciət formu: https://careerdevelopment.typeform.com/to/vQ3AWI

Qeyd: Sual vəya əlavə məlumat üçün [email protected] ünvanına mail yaza bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin