Riyaziyyatçılar süni intellektin imkanlarına şübhə ilə yanaşırlar

0

İsrail riyaziyyatçıları sübut ediblər ki, süni intellekt məlumat yığımında qanunauyğunluğu tapmağa və ya istənilən suala birmənalı cavab verməyə heç də həmişə qadir deyil. Onların bu barədə qənaəti “Nature Machine Intelligence” jurnalında dərc edilib.

Hayfada Texnion İnstitutunun əməkdaşı Amir Yehudayovun sözlərinə görə, həlli açıq qalan məsələlərin mövcudluğu riyaziyyatçılara çoxdan məlumdur. Lakin onlar sadə maşın təlimində buna bənzər halın baş verəcəyini gözləmirdilər. Bu, onu göstərir ki, informasiyanın “sıxılması” ilə təlim prinsipinin özü arasında xüsusi fundamental əlaqə var.

Müasir maşın təlimi sistemləri və süni intellekt çox sadə prinsip əsasında işləyir. Onlar insan tərəfindən hazırlanmış geniş məlumat bazasından istifadə edərək müəyyən qanunauyğunluqları “görməyi”, düzgün cavabları səhvdən ayırmağı tədricən öyrənir. Bu cür yanaşma əvvəlcə təsvirlərin tanınması sisteminin yaradılması üçün tətbiq olunub. Sonra məlum olub ki, onu sərbəst şəkil çəkməyi və musiqi yaratmağı bacaran “yaradıcı” süni intellektdən tutmuş insanların köməyi olmadan dərs oxuyan, qaydaları bilməklə bir neçə stolüstü oyun oynamağı bacaran “AlphaZero” maşınınadək, demək olar, hər şeyə tətbiq etmək mümkündür. Ona görə də hazırda proqramçılar, filosoflar və riyaziyyatçılar son dərəcə “ümumi” süni intellektin istənilən sərbəst məlumatlar arasında qanunauyğunluq tapa bilib-bilməyəcəyi və bütün mümkün suallara cavab verib-verməyəcəyi üzərində düşünürlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin