UNESCO: 2019-cu il kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr olunur

0

Yanvarın 29-da Parisdə Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İlinin rəsmi açılışı keçiriləcək.

UNESCO-nun saytına istinadla xəbər verir ki, bu ilin kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr edilməsində məqsəd nəinki kimya, həmçinin fizika, biologiya və digər fundamental elmlərin əldə etdiyi uğurlarda bu cədvəlin rolunu vurğulamaqdır. 2019-cu ildə, həmçinin görkəmli rus alim Dmitri Mendeleyevin dövri sistem cədvəlini yaratmasının 150 ili tamam olur.

Xatırladaq ki, ötən il dekabrın 20-də BMT Baş Məclisinin 74-cü plenar iclasında 2019-cu il Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli elan edilib.

Beynəlxalq ilin rəsmi açılışı dövri sistem cədvəlinin bir çox aspektlərini, tarixini, elmi tədqiqatlarda qadınların qolunu, dayanıqlı inkişafa nail olmaq baxımından elmdə qlobal tendensiyaları və perspektivləri, həmçinin elmin sosial-iqtisadi əhəmiyyəti məsələlərini müzakirə etməyə əlverişli imkan yaradacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin