“Brave Heart” Region Gənclərinin I Sahibkarlıq Forumu

0

Azərbaycanda qeyri – neft sektorunu inkişaf etdirmək üçün sahibkarlığın inkişafı vacib şərtlərdəndir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhz gənclər arasında sahibkarlığın inkişafına həsr olunub. ”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq. Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətinin təşviq olunmasıdır. İcra edəcəyimiz layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub.
Layihə çərçivəsində həyata keçiriləcək “Brave Heart”-Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu”nda gənclər peşəkar təlimçilərin təlimlərində öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnəcək. Uğurlu gənc sahibkarlarla tanış olacaq, onların gələcək əməkdaşlığına zəmin yaradılacaq. Uğur hekayələrini dinləyib, onları narahat edən suallara cavab tapacaqlar. Forum zamanı gənclər mövcud biznes ideyasının dinlənilməsi, təhlil olunması və düzgün istiqamətləndirilməsi ilə yanaşı mövcud investisiya imkanları haqqında da məlumatlandırılacaqlar.

 

Qeydiyyat yeri: 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin