“Gender bərabərliyi və media azadlığı” mövzusunda təlim

0

Media nümayəndələrinin və jurnalistika fakültəsi tələbələrinin nəzərinə!

Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində 23-25 yanvar tarixlərində (hər gün eyni təlim olmaqla) “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər təşkil olunacaq. Təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılacaq. 25 yanvar tarixindəki təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub.​

Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.

İştirak üçün müraciət etmək istəyən media nümayəndələri, eləcə də jurnalistika fakültələrinin tələbələrindən 19 yanvar 2019–cu il tarixinə qədər özləri haqqında və təlimdən gözləntilərinə dair qısaca yazıb [email protected][email protected] (hər ikisinə) elektron ünvanlarına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsi ilə (012) 498 80 93 və ya Avropa Şurasının Bakıdakı Ofisi ilə (012) 599 11 62 əlaqə saxlaya bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin