Ədəbiyyatın səsi-tənbəllər üçün səsli kitablar

0

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. 
Mişel Monten 

Kitab oxumağın insana qazandırdığı faydaları əlbətdəki saymaqla bitirmək olmaz. Kitab insanın mənəvi aləmini zəngiləşdirir, düşünmə qabiliyyətini, yaddaş və məntiqini inkişaf etdirir, söz ehtiyatını artırır. Həmçinin kitab oxumaq yuxu keyfiyyətinə müsbət təsir edir, stresi azaldır, dünyaya baxış bucağımızı formalaşdırar.

Nəzərə alsaq ki, insanların intellek səviyyəsi onların mütaliəyə ayırdıqları vaxtla mütənasiblik təşkil edir, bu baxımdan cəmiyyətin inkişafı üçün gənclər arasında mütaliə mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin çox vaxt gündəlik iş qrafikinin gərginliyindən insanlar kitab oxumağa kifayət qədər vaxt ayıra bilmirlər. Məhz belə yerdə köməyimizə audio kitablar çatacaq. Audio kitablar vasitəsilə səyahət edərkən, maşın sürərkən, idman edərkən, ictimai nəqliyyatda və digər vaxtlarda kitabları səsli formada dinləyə bilərik. Bu məqsədlə audiokitabları əldə edə biləcəyimiz saytlar barədə məlumatlar sizinlə də paylaşmaq istərdim. Buyurun yararlanın!

www.seslikitab.net

cirtdan.tv

Azərbaycan Milli Kitabxanası

www.Xayyam.az

seslikitab.az/YouTube

 

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin