İnsan üçün ən dözülməz ağrılar hansılardır?

0

ABŞ-ın Stenford Universitetinin alimləri insan üçün hansı ağrıların ən güclü və əzabverici olduğunu təyin ediblər.

Bu barədə REN TV məlumat yayıb.

Mütəxəssislər ağrıların gücünü 0-dan 10-a qədər olan ballarla qiymətləndiriblər. Nəticədə, müəyyən olunub ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı ən güclü ağrıdır. Baş və üzdəki bütün ağrılar haqqında informasiya bu sinirdən keçir.

Bu ağrını hiss etmiş qadınlar əmin edirlər ki, bu, doğuş zamanı olan ağrılardan qat-qat dözülməzdir.

Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin əksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin