Oxu, Öyrən və Qalib ol – gənclərarası təqdimat yarışması

0

kitabını #Oxu, təlimlərlə #Öyrən və təqdimatınla #Qalibol!

Azərbaycan Resbublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Oxu, Öyrən və Qalib ol” gənclərarası təqdimat yarışmasına start verilir.
Layihədə gənclərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, bədii və elmi ədəbiyyata marağın artırılması məqsədilə iştirak haqqını qazanmış 35 gənc layihə müddəti ərzində həm öyrənəcəklər, həm də yarışıb qalib ola biləcəklər.

Layihə 3 mərhələdə həyata keçirilir:
#Oxu
#Öyrən
#Qalibol
______________________________

#Oxu
İlkin mərhələdə iştirak haqqını qazanmış 35 gənc püşkatma yolu ilə Azərbaycan ədəbiyyatına aid kitablardan birini seçərək, həmin kitabı mütailə edəcək. İştirakçılar arasında kitab bölgüsü aparılan zaman
kitabın səhifə sayı və mövzusu nəzərə alınacaq.

#Öyrən
Növbəti mərhələdə gənclər müxtəlif mövzuları əhatə edən təlimlərdə iştirak edəcəklər.

Təlim 1. “Natiqlik və nitq mədəniyyəti”
– Natiqlik sənətinin incəlikləri;
– Karyeranın artırılmasında natiqliyin rolu;
– Nitqin qurulması, jest və mimikalardan istifadə…
Təlimçi: Canoğlan İlyasov (Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının meneceri)

Təlim 2. “Təqdimat Bacarıqları”
– Təqdimatı necə hazırlamalı;
– Auditoriyanı (jüri) necə cəlb etməli;
– Mimika və jestlərdən necə istifadə etməli…
Təlimçi: Səfər Məmmədov (Milli Olimpiya Komitəsinin nümayəndəsi)

#Qalibol
Sonuncu mərhələdə iştirakçılar təlimlərdə əldə etdikləri biliklər əsasında oxuduqları kitabın təqdimatını hazırlayacaqlar. Layihə iştirakçılarının hazırladığı təqdimatlardan ən yaxşı 10 təqdimat seçiləcək. Yekunda 10 finalçı öz təqdimatlarını münsif və auditoriya qarşısında təqdim edəcəklər. Müsabiqənin nəticəsində münsiflər heyətinin rəyi ilə ən yaxşı 3 təqdimatın sahibi sertifikat, medal və müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaq.

Gənclərin bədii və elmi ədəbiyyata (xüsusilə Azərbaycan ədəbiyyatına) marağın artırılması, natiqlik qabiliyyətinin inkişafı üçün intonasiya, davranış tərzi, jestlər, mimikaların mühüm rol oynamasını, təqdimat bacarıqlarını inkişaf etdirəcək təqdimatın növləri, mərhələləri, strukturu, təqdimat etmək qorxusu, effektiv təqdimat hazırlamaq üçün addımların öyrədilməsi nəzərdə tutulub.

Qeydiyyat: https://goo.gl/forms/1cLnVipLuPbP8q9X2
Son tarix: 16.12.2018
Layihədə 18-29 yaş arası gənclər iştirak edə bilər.
Layihədə iştirak ÖDƏNİŞSİZDİR!

Layihə rəhbəri: Ceyhun Bayramov

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin