Katwe Kraliçası Filminin nümayişi ● [kinomAN]

0

Gələn həftənin Bazar günü Kinoman Azerbaijan çərçivəsində seçilən Katwe Kraliçası filminin nümayişi olacaq.

Uqandanın paytaxtı Kampalanın Katvi hissəsində yaşayan 10 yaşlı Fiona Mutesi həyatını əziyyətlər çəkərək yaşayardı. Bir gün Katviyə gələn şahmat müəllimi Robert Katende, Fionanın həyatını dəyişir. Uşaqlar şahmat oynamağı öyrədən Ketendenin köməyi ilə şahmat oynayaraq özünü inkişaf etdirən Fiona Uqandanın tanınmış şahmat ustası olmaqla yanaşı ailəsinin daha yaxşı həyat barədə olan ümidlərini öz çiyinlərində daşımağa və bir çox stereotipləri dağıtmağa çalışacaq. Katvinin Şahzadəsi filmi 1996-cı ildə anadan olan qreysmesrt Fiona Mutesinin həqiqi həyat hekayəsinə istinadən lentə alınıb.

Rejissor: Mira Nair

Rollarda:
Madina Nalwanga
David Oyelowo
Lupita Nyong’o
Martin Kabanza
Taryn Kyaze

Müddət: 1 saat, 43 dəqiqə

Giriş sərbəstdir.
Məkan: Gəncə şəhəri, Art Garden Ganja

Ünvan: Gəncə şəhəri, Atatürk pr. 553. ( 1 nömrəli məktəbin qarşısı)
Art Garden Ganja
Gallery & Cafe

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin