Sağlam Yaşam Tərzimiz” layihəsi

0

Gəncə 2019 Avropa İdman Şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsində qalib olan “Sağlam Yaşam Tərzimiz” layihəsinə start verilir

Son zamanlar gənclərin və insanların sosial şəbəkələrdən, muasir texnaloqiya vasitələrindən daha cox istifadə edərək digər fəaliyyətlər yaddan çıxır və gənclər aktiv həyat tərzi sürməkdən uzaq olurlar. Gənclərin zehni inkişafı və taktiki idarə etməsini inkişaf etdirmək üçün düşünürəm bu layihə vacibdir və həyata keçirilməlidir. Peyntbol oyunu nəyin ki zehni taktikanı artırır və öz növbəsində peyntbol oyunu çox maraqlı bir məşğuliyyətdir.Gənclər Peyntbol oyunlarında iştirak edərək əylənməkdən əlavə komanda daxilində özünü necə idarə etmək lazımdır, komandanın irəli getməsi üçün bir fərdin nəqədər əhəmiyyətli rolu mövcuddur bu və s kimi mühim aspektləri mənimsəyəcəklər. Layihə çərçivəsində daimi peyntbol yarışmalarının təşkili nəzərdə tutulur. .
Layihənin əsas məqsədi Gəncə şəhəri və qerb regionlarda , yaşayan gəncləri bir araya toplamaq və onların birgə dəstəyi nəticəsində peyntbol komandaları və klubları yaratmaq ,gənclərin boş vaxtlarını səmərəli təşkil olunmasına və onların sağlamlığının və zehni inkişafına dəstək göstərməkdir.
Layihənin açılış tədbiri və ilk təlimi 26 yanvar 2018-ci il tarixində baş tutacaq.
Layihədə iştirak etmək üçün: Aşağıda qeyd olunan ərizə formasını doldurmağınız tələb olunur və yaxud aşağıda qeyd olunan elektron poçt ünvanına “Sağlam Yaşam Tərzimiz” başlığı altında öz cv-lərinizi göndərə bilərsiniz.

Ərizə forması:
https://docs.google.com/forms/d/e/1FAIpQLSc3lwc4cf59UkMRavQ2jlwi7l8PvmRVsqxNNB71mCzFQMP7kg/viewform?usp=sf_link
Elektron Poçt (e-mail) : [email protected]
Əlaqə nömrəsi: +994558147324
Son müraciət tarixi: 22.01.2019

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 17-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli.
• Yüksək motivasiyalı olmalı.
• Paintball yarışını və idmanla məşğul olmağı sevməli.
• Layihədə 10-cu və 11-ci sinif şagirdləridə iştirak edə bilər.
Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat və qalib komandaya kubok veriləcək.

Əlaqələndirici şəxs:
Natiq Pənahov (Layihə rəhbəri) +994558147324
Seymur Mirzəyev (Projects Manager) +994557396444
Email: [email protected]
Facebook: https://www.facebook.com/natiq.penah

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin