T İ N A • Öz dünyamızı özümüz rəngləyək [Sərgi]

0

Tina Gəncədə yaşayan və yaradan gənc rəssamdır. Öz gənc yaşında həyata çox dərin və maraqlı yanaşması var. Rəssamlıq Tina üçün hobbi deyil. O bu sənətə ruhu ilə bağlı olduğunu söyləyir və öz daxili dünyasını təsvir etməyə çalışır. Sizi bu Şənbə, Yanvar ayının 19-u Tinanın ilk solo sərgisinə dəvət edirik.

– Ətrafa hansı mesaj ötürmək istədiyinizi soruşanda o bizə ‘Öz dünyamızı özümüz rəngləyək’ cavabını verdi. Bununla nə demək istədiyini gəlin bu həftə Art Gardendə keçirilən sərgidə müşahidə edək və özümüz bu gənc rəssamla yaxından tanış olaq.
Rəsimlər 3 gün ərzində məkanımızda sərgilənəcək.

Bir daha qeyd etmək istərdik ki, məqsədimiz yaradıcı insanları və yaxud incəsənətə həvəsi olan gəncləri bir araya toplayaraq, onlara dəstək olmaq və sağlam şəbəkə yaratmaqdır. Bu yolda bizimlə birgə gənclərə dəstək olmanızı istərdik.

Qeyd: Sərgidə təqdim olunan işlərlərin bəziləri satışa qoyulacaq.
Giriş sərbəstdir.

Ünvan: Gəncə şəhəri, Atatürk pr. 553. ( 1 nömrəli məktəbin qarşısı)
Art Garden Ganja
Gallery & Cafe

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin