Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

0

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Şirvan şəhərində keçiriləcək qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı, Sabirabad, Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul yanvar ayının 28-də, saat 10-00-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-nın Şirvan regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon Təhsil şöbələrində 21-25 yanvar tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin