Öz biznesinə başla və təkmilləşdir – adlı təlimlər üçün müsabiqə

0

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Bakcell’in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsi çərçivəsində Valideyn himayəsindən məhrum olmuş gənclərin öz biznes ideyalarını reallaşdırması üçün “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlər üçün müsabiqə elan edir.

Təlimlərdə iştirak etmək istəyən qeyd edilən kateqoriyaya aid olan 15-25 yaş arasə gənclər 25 Yanvar 2019-cu il tarixinədək biznes ideyalarını da əks etdirən aşağıdakı linkdəki müraciət formasını doldurmalıdırlar.

Müraciət üçün keçid (link): https://bit.ly/2sqw4l6

Verilən suallara dolğun cavablamış 10 gənc təlimlərdə iştirak edəcəkdir. Layihənin növbəti mərhələsində Təlimdə iştirak edib uğurlu biznes planı tərtib etmiş gənclər öz biznesini qurmaq imkanı əldə edəcəkdir.

Qeyd edək ki, ötən il ilk dəfə “Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində iştirak edən 3 nəfər gənc öz kiçik biznesini qurmaq imkanı əldə edib. Bunun üçün 15 nəfər gənc “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası tərəfindən təşkil olunan “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin