Yanvarın 24-ü Beynəlxalq Təhsil Günü elan edildi

0

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

Eduonline.az Azərtaca  istinadla xəbər verir ki, BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında isə dövlətlərin hər bir insan üçün ali təhsil almaq imkanları yaratmasının zəruriliyi vurğulanır. BMT qeyd edir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.

Təşkilatın hesabatında diqqətə çatdırılır ki, təhsil yoxsulluğun aradan qaldırılması və rifahın təmin edilməsinin rəhnidir. Hazırda dünyada 265 milyon azyaşlı məktəbə getmək imkanından məhrumdur. Onların 20 faizi isə ibtidai sinif yaşlarında uşaqlardır. Bu azyaşlılar yoxsulluq, diskriminasiya, hərbi münaqişələr və iqlim dəyişməsindən əziyyət çəkən ölkələrdədir. Miqrasiya və məcburi köçkün həyatı da təhsilə əngəl olan başlıca səbəblərdir.

BMT-nin qərarında bildirilir ki, dünyada ilk dəfə qeyd ediləcək Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin