Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

0

Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı  elan edilib.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Proqramda iştirak etmək istəyənlər cari ilin fevralın 11-dək müraciət edə bilərlər.

Təqaüd proqramı ilə bağlı elan və sual-cavabla aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür.

 

Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil

Sual-cavab

 

Çin Xalq Respublikasında Təhsil
Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019/20
Ümumi məlumat və qəbul qaydaları 1
Maliyyələşmə 2
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar 3
Tələb olunan sənədlər 5
Təhsil Nazirliyi ilə əlaqə 6
1
Ümumi məlumat və müraciət qaydaları
Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı
ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq
Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq
haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi
əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki
il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə
müvafiq dil sertifikatına malik olmalıdır. Proqramda iştirak edən universitetlərin siyahısı ilə
keçiddən tanış ola bilərsiniz.
İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz ixtisasın
müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində
müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna
olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura
səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Müraciət üçün son tarix: 11.02.2019
1. Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil
Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli – https://www.app.htp.edu.az/ və
elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil
müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək
müsahibəyə dəvət olunacaqlar;
2. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə
bildiriləcəkdir;
3. Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqi mütləq qaydada
müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;
4. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
2
buraxılmayacaqdır;
5. Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə
audio-video çəkiliş aparılır;
6. Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
7. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları ÇXR tərəfinə
təqdim ediləcəkdir;
8. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün ÇXR tərəfinə göndərilmiş
namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim
sıralamasına uyğun olaraq göndəriləcəkdir;
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir.
Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili
mümkün olmayacaqdır.
9. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin iyul ayı
ərzində təqdim olunması gözlənilir.
Maliyyələşmə
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Çin hökuməti tərəfindən:
 Ali məktəbdə qeydiyyat xərci
 Təhsil haqqı
 Laboratoriya xərci
 Təcrübə (“internship”) xərci
 Tədris materialları
 Yataqxana xərci
 Aylıq yaşayış xərci
Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun
olaraq aşağıdakı kimi hesablanmışdır:
 Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası
 Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası
3
 Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası
Azərbaycan hökuməti tərəfindən (Təhsil Nazirliyi): aviabilet (hər tədris ilində yalnız bir dəfə –
gediş-gəliş bileti) təmin edilir.
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə
mərhələsində iştirak hüququ əldə edəcəklər:
 Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında
diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların
uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının)
siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95
nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
 İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
 Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları
çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal
toplamalıdırlar;
 2018/19-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan
Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin
məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə
tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal
sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az
olmamalıdır;
 DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə
tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5
4
ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır. DİM
imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;
 Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura
səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
 Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki
təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda
təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem
üzrə 71 baldan aşağı olmamalıdır;
 İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama
uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı
minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və
doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla)) və ya
digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;
 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində
ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;
Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən
(…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun
оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan
ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr
yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;
Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız
bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd
proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.
5
Tələb olunan sənədlər
1. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdə)
əlavə edilməlidir;
2. Bakalavriat səviyyəsi üçün müraciət edən namizədlər ümumi orta təhsil haqqında (attestat)
və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb
tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada
tərcümə və təsdiq edilmiş surəti;
3. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış
(qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli
transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilində);
4. Ali təhsil haqqında sənədinin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar
üçün) və diploma əlavənin ingilis və Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə)
dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
Qeyd: Namizəd bakalaviatr və ya magistrura diplomunu xarici təhsil müəssisəsinin məzunu
olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində
tanınması/nostrifikasiyasına dair sənədin surəti.
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə qısa xülasə (“Microsoft
Word” formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən
olunmamışdır;
– Bakalavriat səviyyəsi üçün – minimum 500 söz;
– Magistratura və doktorantura səviyyələri üçün – minimum 800 söz.
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı elektron materiallar,
incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə
olunduğu elektron materiallar;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu
halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
6
11.Ümumvətəndaş pasportunun surəti;
12. Tövsiyə məktubları (2 ədəd ingilis dilində);
13. Sağlamlıq haqqında ərizə formasını keçiddən əldə edə bilərsiniz.
Qeyd. 01.09.2019-cu il tarixinədək 18 yaşı tamam olmamış ərizəçilər Çindən qəyyumluq
haqqında sənəd, valideynlərinin onların xaricdə təhsil almalarına razılığına dair notariat qaydada
ingilis dilinə tərcümə-təsdiq edilmiş müvafiq sənəd təqdim etməlidirlər.
Qeyd. Çin hökumətinin 2019/20-ci tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən
bakalavriat səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 25-dən aşağı,
magistratura üçün 35-dən aşağı, doktorantura üçün isə 40-dan aşağı olmalıdır.
Qeyd. Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə
çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq
olunmuş surətini təqdim etməlidirlər.
Təhsil Nazirliyi ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna ünvanlaya
bilərsiniz.
İş günləri ərzində təqaüd proqramı ilə bağlı yalnız 14:00-16:00 aralığında əlaqə saxlamağınız xahiş
olunur.
Tez-tez verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin