Data SoCool layihəsinə qeydiyyat başladı!

0

Data SoCool layihəsinə qeydiyyat başladı!

Data SoCool analitika təlim-kurs layihəsi gənclərə analitika proqramlarının əslində, heç də bir çox gəncin düşündüyü kimi çətin olmadığını və onların bu sahəni öyrənməklə unikal kadra çevriləcəkləri fikirlərini aşılamağı özünə hədəf seçmiş sosial layihədir.

Hər gün əmək bazarında data analitiklərinə tələb artır. Data SoCool ətrafına ən çox tələb olunan proqramlar üzrə gənc mütəxəssislər toplayaraq əmək bazarında tələbin artdığı analitiklər yetişdirmək üçün çalışmaqdadır.
Əgər siz də analitik olmaq istəyirsinizsə, layihəyə qoşularaq peşəkar səriştələr əldə edib, əmək bazarında axtarılan kadra çevrilə bilərsiniz.

Layihə çərçivəsində analitika sahəsində ən çox istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədiləcəkdir. İştirakçıların praktiki bacarıqlarının formalaşması üçün təlimlər izahlarla yanaşı tam praktiki çalışmalar və ev tapşırıqları ilə iştirakçılarda bu proqramlardan sərbəst istifadə etmə səriştəsi yaradacaqdır.

Layihədə iştirak üçün tələblər:
Analitikaya həvəs;
Araşdırma qabiliyyəti və öyrənməyə meyillilik;
İngilis dil biliyi (minimum pre-intermediate səviyyə);
Təhsil – III-IV kurs bakalavr, magistr və məzunlar;
İxtisas- iqtisadiyyat yönümlü, riyaziyyat/informatika, mühəndislik;
Laptop olması.

Data SoCool Aytac Alıyevanın fərdi layihəsi olaraq Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə keçirilir.

Daha ətraflı məlumat əldə etmək,iştirak üçün müraciət, suallarınızı yönləndirmək və yeniliklərdən məlumatlı olmaq üçün layihənin sosial şəbəkə hesablarını izləyin.
https://www.facebook.com/datasocool/
https://www.linkedin.com/company/data-socool

Layihədə iştirak ödənişsizdir.

Qeydiyyat üçün son tarix: 28 yanvar 23:59
Qeydiyyat forumu: https://goo.gl/forms/utwXxr5cYORroIJl2

#DataSoCool #AzGF #GenclerFondu #Microsoft #Barama #AsanKadr #OYGİB #dataanalitikasi #younganalytics #analitikaazerbaycan

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin