Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – Sərgi

0

160 illik yubileyi ərəfəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi maraqlı layihələrini davam etdirir. Bu dəfəki layihə “Bakı Metropoliteni” QSC ilə reallaşdırılacaq. Belə ki, metronun “Gənclik” stansiyasında Gəmiçiliyin üç əsrlik tarixini əks etdirən nadir fotolardan ibarət sərgi təşkil olunacaq. Bununla, stansiya keçidlərindən istifadə edən metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər. Hər birinizi bu sərgidə görməyə şad olarıq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin