“NatiqSən” layihəsinin açılış mərasimi və 1-ci mərhələsi keçirilib

0

Azərbaycan Gənclər Fondunun Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan “NatiqSən” layihəsinin 26 və 27 yanvar tarixlərində açılış mərasimi və təlimlərin 1-ci mərhələsi keçirilib. Layihə rəhbəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Güntəkin Mehnətlidir. Layihənin məqsədi Neftçala şəhərində yaşayan 11-ci sinif şagirdlərinin natiqlik qabiliyyətinin inkişaf etdirilməsi və onlarda sosial problemlərə qarşı diqqətin artırılmasıdır.
Layihə 5 mərhələdən ibarət olmaqla açılış mərasimi, 2 günlük təlimlər, qiymətləndirmə və bağlanış mərasimindən ibarətdir.
Bağlanış mərasimində qiymətləndirmədən asılı olaraq məktəblilərə sertifikat, diplom və hədiyyələr təqdim olunacaq.
#AzGF #GenclerFondu #Natiqsen