UNEC-də iş imkanı! – Vakansiyaya müraciətin son günü!

0
896

Elm və innovasiyanın inkişafına töhfə verə bilənlər üçün UNEC-də iş imkanı!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi-tədqiqat və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, dünya təhsilinin yeni meyarları üzrə təşəbbüslərin araşdırılması və tətbiqinə dair yeni ideyaları olan elmmetriya və rəqəmsal təhsil üzrə mütəxəssislər üçün UNEC-də iş imkanı yaradır.

Eyni zamanda tələbələrlə işləməyə həvəs göstərən, öz bilik və bacarıqlarını daim təkmilləşdirən və iqtisadiyyat ixtisası üzrə müəllim kimi çalışmaq arzusunda olanları UNEC-in Zaqatala filialına dəvət edir.

Müraciət etmək istəyənlər 31 yanvar 2019-cu il tarixinədək CV-lərini vakansiya adını yazmaqla [email protected] ünvanına göndərə bilərlər.