Abituriyentlərin nəzərinə!

0

Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub.

Dövlət İmtahan Mərkəzinin elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olur.

Nəzərinizə çatdırırıq ki, qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün buraxılış imtahanı) üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, test tapşırığı nümunələri və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub.

Həmin jurnalları da DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin