“DÖVLƏT QULLUĞU” jurnalının 1-ci nömrəsi nəşr edilmişdir

0

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 1‑ci nömrəsini çap etmişdir.

Bu nömrədə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik  məlumatlar (03.01.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə aid statistik təhlil (03.01.2019-cu il tarixə)”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.10.2018 – 03.01.2019)” və digər zəruri məlumatlar dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin