REGİONLARDA XANIMLAR ÜÇÜN SOSİAL SAHİBKARLIQ TƏLİMLƏRİ BAŞA ÇATIB

0

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin  dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində 2 ay müddətində davam edən təlim proqramına müvəffəqiyyətlə başa çatıb. Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan qadınlara sosial sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, emosional zəka, şəxsi inkişaf və s. modullar üzrə təlim sessiyaları təşkil olunub. Təlimi uğurla başa çatdıran xanımlar sosial sahibkarlıq üzrə biznes ideyalarını hazırlayaraq juriyə təqdim ediblər. Uğurlu namizədlər ikinci mərhələdə öz fəaliyyətlərinə mentorlarla davam etdirəcəklər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin