“Sənaye 4.0-a doğru” adlı layihə

0

Əziz gənclər!

Bildiyiniz kimi birinci və ikinci sənaye inqilabı buxar maşının ixtirası və elektrikin yaranması ilə bağlıdır. Sənayenin üçüncü dövründə artıq kompüterlərdən istifadəyə başlandı ki, bu da öz növbəsində robotların və maşınların işçiləri əvəz etməsini sürətləndirdi. İndi isə biz Sənaye 4.0-a keçid edirik. Yeni eraya bizimlə bir addım atmaq istəyirsinizsə, hər birinizi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə həyata keçiriləcək “Sənaye 4.0-a doğru” adlı layihəyə dəvət edirik.

İştirakçılar layihə çərçivəsində aşağıdakı mövzularda təlim və seminarlara cəlb olunacaq:
1. Sənaye proseslərinin idarə edilməsi (proses tipləri, PİD idarə etmə sistemləri, PİD idarə alqoritmləri, daha qabaqcıl idarə etmə üsulları və s.)
2. Elektrik sistemləri (elektrik sxemlərinin oxunması, ən çox rast gəlinən elektrik elementlərinin işləmə prinsipləri və s.)
3. Ağıllı ev avtomatikası
4. MATLAB-da sistem identifikasiyası ilə bağlı praktiki işlər və s.

Layihə 9 fevral 2019 tarixindən başlayaraq həftənin şənbə günləri (4 təlim-seminar) Bakı Ali Neft Məktəbində (Xətai korpusu, Xocalı prospekti, 30) həyata keçiriləcəkdir. Təlimlərdən əlavə, bir sənaye şirkətinə səfər də nəzərdə tutulub.

Layihədə ixtisasından asılı olmayaraq bütün tələbələr iştirak edə bilər. Yerlərin sayı məhdud olduğundan qeydiyyat üçün tələsməniz məsləhətdir. Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə ([email protected]) bildiriləcəkdir, məhz buna görə, e-mail-larınızı mütəmadi olaraq yoxlamağınız xahiş olunur.
Qeydiyyat üçün son tarix: 7 fevral, saat 23:59-dur.

Təlimlər zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur.
Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatla təqdim olunacaq.
Layihədə iştirak ödənişsizdir.

Layihə rəhbəri: Aydın Nəsirzadə
Əlaqə: [email protected]
Qeydiyyat linki: https://goo.gl/forms/n5fdQpC1lRDsXFxD3

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin