“Humanitar Elmlərdə Tədqiqat Metodları” Təlim Kursu

0

“Humanitar Elmlərdə Tədqiqat Metodları”

 Təlim Kursu (ödənişli)

(Bakı şəhəri, mart ayı)

 

Təlim kursun məqsədi gənclərin tədqiqat sahəsində nəzəri biliklər, praktiki  bacarıq və vərdişlərini artırmaqdır.

Layihə çərçivəsində 10 dərsdən (moduldan) ibarət təlim-kurs keçirilməsi nəzərdə tutulur. Hər dərs(modul) 2 saatdan ibarətdir və  strukturu aşağıdakı formadadır: Mühazirə- 1 saat, suallar və müzakirələr-15 dəqiqə, çay –kofe fasiləsi- 15 dəqiqə, praktiki hissə (qrup işləri və təqdimatları)-30 dəqiqə. Təlim kursunun ilk günündə iştirakçıların təklif və rəyləri əsasında 5 mövzu müəyyən ediləcək. Təlim kursunun nəzəri hissələrində verilən biliklər  təlim kursunun praktiki hissələrində  həmin mövzulara tətbiq ediləcək və bununla da seçilən 5 mövzu üzrə tədqiat planı qurulacaq. Təlim  kursun üstünlükləri və faydaları aşağıdakılardır.

Tədqiqat planının qurulması və tədqiqat layihəsini düzgün tərtib etmək

  • Tədqiqat işinin zövqlü bir işə çevrilməsi
  • Tələbələrin öz buraxılış işlərini, sərbəst mövzu, kurs işi, magistr və doktorantura dissertasisyalarının və digər tədqiqat işlərini hər hansı bir köməyə ehtiyac qalmaqdan daha keyfiyyətli şəkildə həyata keçirə bilməsi
  • Tədqiqat işlərində komanda ilə işləmək vərdişləri
  • Tədqiqatların aparılması sahəsində praktiki bacarıq və vərdişlərə yiyələnməsi

Təlim kursun modulları aşağıdakı mövzular və ardıcıllıqla həyata keçiriləcək:

1-ci dərs: Tədqiqatın əsasları və xüsusiyyətləri, əsas anlayışlar,

2-ci dərs:Tədqiqat mərhələləri və tədqiqatların təsnifatı,

3-cü dərs: Tədqiqatlarda məlumat mənbələri və məlumatların toplanması texnologiyaları (birinci və ikinci dərəcəli məlumat mənbələri). Tədqiqatlarda ədəbiyyat icmalı (literature review),

4-cü dərs: Tədqiqatın obyekti, predmeti və nümunələrin seçilməsi, hipotezlərin müəyyənləşməsi

5-ci dərs:  Kəmiyyyət tədqiqatlarında riyazi modelləşdirilmə, ölçü alətləri və ölçü səviyyələri

6-cı dərs:, Kəmiyyət tədqiqatları və metodologiyaları

7-ci dərs:. Kəmiyyət tədqiqatlarında məlumatların analizə hazırlanması,

8-ci dərs:  Kəmiyyət tədqiqatlarında statistik təhlillər. SPSS proqramından istifadə qaydaları,

9-cu dərs: Keyfiyyət tədqiqatları və metodologiyaları

10-cu dərs: Müxtəlif tədqiqat sənədlərinin strukturu və akademik yazı qaydaları

Təlim kursu 2017-ci ilin noyabr ayının ikinci həftəsindən başlayaraq hər həftə iki dərs(modul) olmaq şərti ilə 1 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Təlim kursundakı modulların vaxtı müraciət edən şəxslərin vaxt rejiminə uyğun seçilməsi nəzərdə tutulur. Təlim-kurs ödənişli əsaslarla həyata keçirilir. Ödəniş fərdi müraciət olduqda 50 manatdır. Korporativ müraciətlər də güzəştlər tətbiq ediləcək. Təlimdəki təqdimatlar və materialları iştirakçılara elektron formada ötürülməsi nəzərdə tutulur.

Təlim kursuna müraciət edəcək şəxslər üçün əsas tələblər və meyarlar

  • 18-30 yaş qrupunda olmalıdır.
  • Ali təhsil müəssisələrində bakalavr pilləsində təhsil alan 2-4-ci kurs və magistratura pilləsində təhsil alan tələbələr, elmi tədqiqat institutlarında təhsil alan magistrantlar və doktorantlar
  • Yuxarıdakı meyarlara cavab verməyən lakin hal hazırda tədqiqat işləri ilə məşğul olan və yaş həddi 30 olan şəxslər
  • Yalnız Humanitar (Sosial) elmlər üzrə təhsil almış və ya hal hazırda təhsil alan şəxslər olmalıdır.
  • Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
  • Təlim kursun bütün dərslərində (modullarında) iştirak etmək imkanına malik olmalıdır.

Təlimdə iştirak etmək istəyən şəxslər 27 fevral 2019-cu il tarixinə qədər CV-lərini [email protected] e-mail ünvanına göndərməlidir. Əlavə məlumat üçün əlaqə telefonu/vatsap: 050 3833072 (İsmayıl Kərimov)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin