“MƏNİM ŞAMAXIM” adlı rəsm müsabiqəsi

0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi  İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında

“MƏNİM ŞAMAXIM ”

adlı rəsm müsabiqəsini elan edir.

Müsabiqə dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin  vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Müsabiqəyə 29 yaşına qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Hərə Ad və soyad / Təvəllüd / Əlaqə nömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə ən çox 3 əsərinin fotosunu 2019-cu il aprel ayının 6-nadək  Xətai Sənət Mərkəzinin whatsapp: 00994513107401 nömrəsinə göndərməklə müsabiqənin iştirakçısı ola bilər.

Münsiflər heyəti tərəfindən  öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin(müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını arzu edirik.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər əvvəlcə Şamıxıda sonra isə Bakıda keçiriləcək sərgilərdə nümayiş olunacaqdır.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və  seçilmiş  20  əsərin müəllifi   “Azərbaycanım” Uşaq  Rəsm  Festivalina dəvət  olunacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazının müxtəlif kompozisiyalarda təsviri;

Şamaxıya  məxsus  sənət  nümunələri  (xalça,  dulusçu, misgər);

Şamaxının tarixi  abidələri, yerli mətbəx nümunələri;

Qədim əşya və ya bölgə üçün  xarakterik  olan  qədim  geyimlərin təsviri;

Şamaxı rayonu  üçün  xarakterik  musiqi və  müxtəlif  sənət alətinin  təsviri;

Şamaxının dahi  şəxsiyyətlərin obrazlarının təsviri;

Hərbi vətənpərvərlik mövzusu;

Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;

Müxtəlif peşə  sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü  sürücü və s.) obrazlarının təsviri.

Əsərlər Bakıdakı Xətai Sənət Mərkəzində və Şamaxı Mədəniyyət Mərkəzində sərgilənəcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin