“Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi

0

“Region gəncləri arasında sağlamlığın fəaliyyətə təşviqi layihəsi”nə start verilir.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsinə qeydiyyat başlayıb.

Layihənin keçirilməsində əsas məqsəd regionlarda gənclər arasında düzgün və sağlam psixi inkişafla bağlı maarifləndirmə kampaniyasının başlanılması, gündəlik həyatda rast gəlinən psixoloji problemlər barədə ilkin məlumatların əldə olunması və onların həlli barədə psixodiaqnostik işlərin həyata keçirilməsi və bu bacarıqların formalaşdırılmasıdır.

Layihənin əsas vəzifələri isə region gəncləri arasında psixi fəaliyyətin təşviqinin artırılması, Şəkidə psixologiya ixtisası üzrə təhsil alan tələbələrlə Bakıdakı psixologiya tələbələri arasında şəbəkələşmənin yaradılması, onlar arasında psixoloji biliklərin formalaşması işinin təşkili prosesinə həm də gənc psixoloq tələbələrin cəlb olunması və gənc psixoloqlar arasında könüllülüyün təbliğ olunmasıdır.

Xatırladaq ki, “Region gəncləri arasında sağlamlığın fəaliyyətdə təşviqi” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibidir.

Şəki rayonunda keçiriləcək təlimlərə isə yalnız psixologiya tələbələri qatıla bilər.

Layihədə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq yaxud [email protected] elektron poçt ünvanına ad, soyad, təhsil aldıqları ixtisas və kurs, həmçinin layihə ilə bağlı motivasiyasını yazıb göndərə bilərlər.

Qeydyyat forması:

https://docs.google.com/forms/d/e/1FAIpQLScdMpuBVv3rhe800Mvg8LsPFyRQlqDKCYd8x7Vo8WTc7wmKPw/viewform?fbclid=IwAR1B4ZXfhVO5nh4YvAwSN7xvIJygPh8ruTgAgZ_W0M8e464HeK1j90aQ_eQ

 

Müraciət üçün son gün: 16 fevral, 2019-cu il.

Seçilən iştirakçılar ilə əlaqə saxlanılacaq.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin