Rezidentura jurnalının 2-ci sayı nəşr olunub

0

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.

Jurnalı 14.02.2019-cu il saat 14:00-dan etibarən DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya https://abiturient.az/ saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin