“YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi

0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə milli adət-ənənələrimizin yeniyetmə və gənclər arasında təbliği, xalqmızın milli bayramı olan Novruz bayramı adətlərinə və rəmzlərinə hörmət, milli dəyərlərimizin təbliği və daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi  olaraq hər il keçirilən “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edir.

 

Müsabiqədə iştirak etmək istəyən 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il mart ayının 4-nədək Xətai Sənət Mərkəzinin whatsapp 051 310 74 01 nömrəsinə  göndərməlidir.

  • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər və 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl  işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu
  • Unutmayın ki, bu  bir  məşğuliyyət  növüdür!
  • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
  • Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş  20  əsərin müəllifi   “Azərbaycanım” Uşaq  Rəsm  Festivalına dəvət  olunacaqdır.

Sərgi  Xətai Sənət Mərkəzində keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin