“Rəqəmsal Hüquq və Yaradıcı Düşünmə” mövzusunda ödənişsiz Seminar

0

Milli Hüquq Evinin təşkilatçılığı ilə ilk dəfə “Rəqəmsal Hüquq və Yaradıcı Düşünmə” mövzusunda tam ödənişsiz Seminar keçiləcəkdir. Seminar Rəqəmsal Marketinq üzrə mütəxəsis, Biznes Təlimçi Ramid Ağayev, Marketinq və Biznes üzrə Təlimçi, “ORKHANWAY Coaching” şirkətinin Təsisçisi Orxan Şahbazın təqdimatında keçiriləcəkdir.
Seminar, rəqəmsal platformalarda, sosial şəbəkələrdə xüsusilə Youtube platformasında istifadəçilərin və müxtəlif kontent yaradıcılarının hüquqlarının qorunması, əqli mülkiyyət anlayışı və hər bir istifadəçinin şəxsi məlumatlarının qorunması və gizlilik anlayışından və həmçinin yaradıcı düşünmə və şəxsi inkşaf üzrə maraqlı mövzuları əhatə edəcəkdir.

? Seminarın keçirilmə vaxtı: 17 Fevral, Saat 15:00

?Seminarın keçiriləcəyi yer: Milli Hüquq Evi ( Fətəli Xan Xoyski prospekti 214D) Nərimanov metrosu yaxınlığı

* Seminar ödənişsizdir.
Seminarda iştirak üçün qeydiyyat mütləqdir.

Qeydiyyat üçün link: https://goo.gl/forms/XU5NGo0tgEdjzvpN2

Məlumat üçün bildirək ki, Seminarda xüsusi qonaq qismində paraolimpiyaçılarımız da iştirak edəcəkdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin