Serbiyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019 yaz semestri

0

Ümumi məlumat və qəbul qaydaları
Serbiya Respublikası tərəfindən 2018/2019-cu tədris ilinin II semestri (yaz) üzrə
Azərbaycan Respublikası vətəndaşlarına Serbiya hökumətinin “Serbiyada Sülh” proqramı
çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün
bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura
(35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 1 təqaüd yeri ayrılmışdır. Təqaüd Proqramına daxil
olan ixtisaslar barəsində məlumat almaq üçün, müvafiq keçiddən istifadə edərək, qeyd olunan 3
universitetin ixtisasları ilə tanış ola bilərsiniz.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından
keçiddən müraciət formasını doldurmaq və 16 dekabr 2019-cu il tarixinə kimi kimi tələb olunan
bütün sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemi
(https://www.app.htp.edu.az/) vasitəsi ilə təqdim etmək xahiş olunur.
QEYD:
– Təhsil serb dilindədir;
– Müvafiq təqaüd proqramının şərtlərinə uyğun olaraq təqaüdçü təhsil müddəti
bitdikdən sonra ölkəyə qayıtmalıdır;
– Serbiya tərəfinin müvafiq müraciət forması doldurulduqdan sonra Nazirliyin elektron
ərizə sistemində “Qəbul haqqında sənəd” hissəsinə yüklənilməlidir.

Maliyyələşmə
Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:
 ödənişsiz təhsil;
 müvəqqəti yaşayış üçün qeydiyyat xərci;
 Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;
 yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);
 tibbi sığorta;
 15.000 Serb dinarı məbləğində aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil).
QEYD:
 Təhsil ölkəsinə gediş-gəliş üçün nəzərdə tutulan nəqliyyat xərcləri qarşılanmır.

Tələb olunan sənədlər:
1. Təhsil sənədləri;
a. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas
təhsili haqqında sənədin əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş
surəti;
b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli
və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
c. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət
cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq
almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində
tanınması/nostrifikasiyasına dair sənədin surəti;
2. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notarial
qaydada təsdiq olunmuş surəti;
3. CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) (ingilis dilində);
4. Ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surəti;
5. QİÇS/HİV xəstəliklərin olmamasına dair tibbi arayışın notarial qaydada tərcümə və
təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec olmamalıdır);
6. 1 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdə) əlavə edilməlidir.
QEYD: Yuxarıda adları qeyd olunan sənədlərin (1,2 və 5-ci bəndlər) notarial qaydada serb
və ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur.

Təqaüd Proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçtuna
ünvanlaya bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin