Latviyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019/20

0

Latviyada Təhsil
Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019/20
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil
sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə
uyğun olaraq, Latviya hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:
Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Tədris dili: ingilis və ya latış
Maliyyə şərtləri: bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro,
doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və
sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır.
İxtisas və universitetlərə dair məlumat:
http://www.studyinlatvia.lv/niid_search?level_1=&qy=&x=73&y=7
Son müraciət tarixi: 01.04.2019
Tələb olunan sənədlər:
 CV (tərcümeyi-hal);
 təhsil sənədlərinin və qiymət cədvəllərinin təsdiqlənmiş surətləri;
 niyyət məktubu;
 2 ədəd tövsiyə məktubu (imza və möhürlü);
 təqaüd verilən müddət üçün dərs planı;
 xarici dil sertifikatının təsdiqlənmiş surəti;
 şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;
Qeyd: Qeyd olunan sənədlərin ingilis dilində təqdim olması tələb olunur.
Ətraflı:http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/
Seçim prosesi: Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya
Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən verilir.
Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan
Respublikası vətəndaşları
 1-ci Latviya elektron ərizə sistemi doldurulub təsdiq etməlidir;
https://scholarships.viaa.gov.lv/en/login – 01.04.2019-cu tarixinədək;
 2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemini*
tamamlayıb təsdiq etməlidir; https://www.app.htp.edu.az/ -05.04.2019-cu il
tarixinədək;
* 2019/20-ci tədris ili üzrə Latviya təqaüd proqramına layiq görüləcək şəxslər sırasından yalnız Təhsil
Nazirliyinin elektron ərizə sistemini tamamlamış şəxslərin adları Hökümətlərarası Təqaüd Proqramı
çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşlarının
siyahısına daxil ediləcəkdir. Bunu nəzərə alaraq, Lativya tərəfinə edilmiş müraciətlərlə yanaşı,
Azərbaycan Respublikasım Təhsil Nazirliyinin elektron ərizə sistemi üzrə də müraciətlərin
təsdiqlənməsi xahiş olunur.
Əlaqədar şəxs:
– Günəş Övsətova (0125991155 dax. 5265, [email protected]),
– Rəvan Süleymanov (0125991155 dax. 5231, [email protected])
Qeyd: İş günləri ərzində təqaüd proqramı ilə bağlı yalnız 15:00-17:00 aralığında əlaqə
saxlamağınız xahiş olunur.
Latviya tərəfdən:
– Mrs. Marika Pira (DTİA-nın əməkdaşı)
Tel: + 371 67814331, e-mail: [email protected]

Məlumat

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin