Gəncə Turizm Sərgisi və Konfransı

0

Gəncə Regional Qadın Mərkəzinin təşkilatçılığı ilə ‘‘İnkişaf və Əməkdaşlıq üçün Vətəndaşlıq Cəmiyyətini: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması’’ layihəsi çərçivəsində təşkil ediləcək ‘Turizm’ sərgisi və layihənin Yekun konfransı ilə görüşünüzə gəlirik.
Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy,Daşkəsən, Gəncə və digər bölgələrimizin turizmçiləri sizləri gözləyirik!
Regionda ilk dəfə təşkil olunacaq ‘Turizm’ Sərgisi və Konfransında sizi görməkdən şad olarıq
İştirak ödənişsizdir
Məkan: Gəncə şəhəri Ramada Plaza otel
Tarix: 21-22 fevral 2019

21 fevral 14:00-17:00
22 fevral 12:00-16:00

Sərgi 21 fevral 2019-cu ildə saat 14-00-da, Yekun konfrans 22 fevral 2019-cu ildə saat 10-00-da keçiriləcəkdir.
Ünvan: Ramada Plaza oteli, Kəpəz Hall
055 653 71 80

Ətraflı:

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin və KODA Təhsil Mərkəzinin (Gürcüstan) “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan-Gürcüstan arasında Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlıq Proqramının qalibi olmuşdur. Qərarvermə Komitəsində Azərbaycan Respublikasının 8 dövlət qurumu iştirak etmişdir və Azərbaycanda layihənin icrasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzarət edir. Layihənin fəaliyyət planına uyğun olaraq Gəncə-Qazax iqtisadi zonasının Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarında artıq görüşlər və təlimlər başa çatmış, Gəncə-Qazax regionunun turizm imkanları haqqında 3 dildə (azərbaycan,ingilis, alman dillərində) duplet hazırlanaraq paylanılır, layihənin Fb səhifəsi hazırlanmış və çox fəal işləyir, artıq bir neçə rayon bələdiyyələri, Turizm agentlikləri və biznes strukturları, UTECA ilə əməkdaşlıq edilir. Həmçinin mübadilə proqramı çərçivəsində Azərbaycanın hədəf ərazilərindən seçilmiş nümayəndə heyəti artıq Gürcüstan Respublikasının Kvemo Kartli ərazisinin turizm məhsulları ilə tanış olmuşdur, Gürcüstan nümayəndə heyətinin mübadilə proqramı çərçivəsində Gəncə-Qazax regionuna səfəri baş tutmuş, regionun turizm məhsulları qonaqlara təqdim edilmiş, hədəf ərazilərə turlar təşkil edilmişdir. Layihə çərçivəsində oktyabr-dekabr 2018-ci ildə 3 aylıq “Turizm Biznesi” kursu təşkil edilmiş və turizmə marağı olan gənclər peşəkar ekspert tərəfindən dərs almış və kursu bitirmişlər. Həmçinin tələbə gənclərin iştirakı ilə Azərbaycanın tarixi yerlərinə və Gürcüstanın Kvemo Kartli regionuna praktik turlar təşkil edilmiş və edilməkdədir. Nəzərinizə çatdırmaq istəyirəm ki, layihədə Gəncə-Qazax regionunun turizm imkanları haqqında 4 dəqiqəlik 2 dildə video çəkilmiş, Resurs-İnformasiya Mərkəzi yaradılmış, Gəncə-Qazax zonasının turizm imkanlaını təqdim edən tur marşurutlar hazırdır: praktik və beynəlxalq turlar bu marşurutlar üzrə keçirilir. 2 dildə (azərbaycan və ingilis dillərində) WEB sayt hazırlanır, beynəlxalq və biznes turları, praktik və pilot turlar həyat keçirirlir.

Bildiyimiz kimi, turizm hal-hazırda ölkəmizdə ən prioritet sahə kimi inkişaf etdirilir və bunun üçün Dövlət Turizm Agentliyi vacib işlər görür. Gəncə Dövlət Universitetində və Azərbaycan Texnologiya Universitetində Turizm və otelçilik ixtisasının, şəhərimizdə çox sayda tur agentliklərinin olmasını, Gəncənin regionun mərkəz şəhəri olmasını nəzərə alsaq 21 fevral 2019-cu ildə “Turizm sərgisinin”, 22 fevral 2019-cu ildə isə layihənin Yekun konfransının Ramada Plaza otelində keçirilməsi planlaşdırılır. Sərgidə Gəncə ilə yanaşı Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl rayonları, həmçinin Kvemo Kartli regionun nümayəndələri də iştirak edəcəkdirlər. Sərgidə turizm məhsulları, müxtəlif tətbiqi sənət nümunələri, rəsm əsərləri təqdim ediləcək, Universitetlərin, otellərin, Turizm agentliklərinin nümayəndələri iştirak edəcək, tərəfimizdən çəkilmiş video filmin təqdimatı olunacaqdır.

Biz böyük məmnuniyyətlə Sizi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində təşkil edilmiş “Turizm” sərgisinə və layhənin Yekun konfransına dəvət edirik.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin