Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

0

Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.

Magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən qarşılanacaq. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini cari ilin martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Ölkə: Koreya Respublikası, Qlobal Koreya Təqaüd Proqramı

Təhsil səviyyəsi: magistratura, doktorantura və tədqiqat

Yaş həddi: 40 yaşadək

Təqaüdün müddəti: magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay

Qarşılanan xərclər: aylıq təqaüd (magistratura təhsil səviyyəsi üçün aylıq 900.000 KRW, doktorantura üçün 1,500,000 KRW) təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci.

Dil bilikləri: ingilis (TOEFL və IELTS) və koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Son müraciət tarixi: 04.03.2019

 

Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

 

• http://www.studyinkorea.go.kr/ –> Scholarships–>GKS Notice

• 2019 Korean Government Scholarship Program For Graduate Degrees Application Guidelines

• Application Form

 

Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidir.

 

Təqaüd proqramı ilə bağlı sualları Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşı xanım Li Hyunju-ya ünvanlaya bilərsiniz:

Əlaqə vasitələri [email protected]  /012-596-79-01

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin