“BiznesMən“ layihəsinə start verilir

0

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “BiznesMən“ layihəsinə start verilir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara biznes və karyera istiqamətində müxtəlif təlimlər keçiriləcək. Bununla yanaşı iştirakçıların müxtəlif uğurlu biznesmenlərlə görüşləri təşkil ediləcək.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

E-mail: [email protected]

Qeydiyyat Linki: https://goo.gl/VB88D9
Müraciət üçün son tarix: 28.02.2019

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin