Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

0
DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan
günlərində dəyişiklik edilib.
Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul
imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və
IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də
keçiriləcəkdir.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında
kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə
tutulan imtahan iyunun 30-da keçiriləcəkdir.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır
və buradan ətraflı tanış ola bilərsiniz.
Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış
sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin
istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış
sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən
birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına
maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca
“Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-
xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin