Rezidenturaya ərizə qəbulunun vaxtı bugün saat 23:59-dək uzadılır

0
Rezidenturaya ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019/2020-ci tədris ili üçün
rezidenturaya elektron ərizə qəbulunun vaxtı 28 fevral saat 23:59-dək uzadılır.
Qeyd edək ki, 2019-cu il 21 fevral saat 17:15-ə olan məlumata əsasən 853
namizəd (Azərbaycan bölməsi – 739; rus bölməsi – 114) elektron ərizəsini təsdiq
edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron
ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər
namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet
vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az
səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və
parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının
olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin