Effektiv Fəaliyyət [Təlim & Müzakirə] – Gəncədə!

0

Əziz şəbəkəçilər!

Bu gün biz Sosial Şəbəkələrdən maksimum yararlanmaq üçün Səhifələrin, Qrupların və Tədbirlərin (EVENTS) effektivliyi haqqında danışacağıq. Bunlar bizim işimizi necə dəyişə bilər?
Dostumuz Isa Ibrahimli, Gəncə və ətraf regionlar üzrə öyrədici və məlumat verici şəbəkə yaradır və sosial şəbəkələr vasitəsi ilə şəhərdə baş verən tədbirlər, təlimlər, sərgilər və vakansiyalar haqqında paylaşımlar edir.

Bu günkü görüşümüzdə İsa öz dəyərli təcrübələrini bizimlə bölüşəcək. Təlim zamanı iştirakçılar aşağıdakı mövzular haqqında ətraflı məlumat alacaqlar:

1. Səhifə yaratmaq və səhifə haqqında gündəlik statistikanı izləmək.
2. Qrup yaratmaq və qrupun faydaları.
3. Tədbirlərin yaradılması (redaktə), düzgün izləyici və iştirakçıların cəlb edilməsi, digər tədbirlərdən yararlanmaq.
4. Facebook xırdalıqları – reklam və lokasiya.

Maraqlandığımız və fəaliyyət göstərdiyimiz sahələrə uyğun, düzgün şəbəkə qurmağın ən faydalı yollarını gəlin birlikdə öyrənək.

Təlimçi: Isa Ibrahimli (Ganja Events)
Tarix: 02.03.19. Saat: 16:00.

Giriş sərbəstdir.
055 253 55 23

Ünvan: Gəncə şəhəri, Atatürk pr. 553. ( 1 nömrəli məktəbin qarşısı)
Art Garden Ganja
Gallery & Cafe