“Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir

0

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə “Nəsimi ili” çərçivəsində ruzi bərəkət bayramımız olan Novruzu yaşamaq və yaşatmaq məqsədi ilə “Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir keçirilir.

 

Tədbir bir yaradıcılıq mərkəzinin fəaliyyətinin bir növ imtahanı kimi xarakterizə oluna bilər və daha böyük auditoriyaya açılması xarakteri daşıyır. Belə ki, tədbirdə müxtəlif  rəqs nümunələri, səhnəciklər, rəsm əsərləri, o cümlədən, uşaqların hazırladığı müxtəlif bəzək əşyaları nümayiş olunacaq.

Tədbirdə həmçinin insanları sərgilərə və bu kimi tədbirlərə ziyarət etməyə   həvəsləndirmək məqsədi ilə uduşlu giriş biletləri nəzərdə tutulmuşdur.

Tədbir 2019-cu il 9 mart tarixində saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin