Məleykə Abbaszadə Ucar rayonunda vətəndaşları qəbul edəcək

0

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ucar rayonunda vətəndaşları qəbul edəcək

Vətəndaşlarla görüş martın 14-də Ucar rayonu Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 14-də də Ucar rayonunda vətəndaşlarla görüş keçirəcəkdir.

Qəbulda Ucar rayonunun sakinləri ilə yanaşı Göyçay, Kürdəmir və Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev pr., 73) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri

(http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə  (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: 020-2746674) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Ucar, Göyçay, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin