SOCAR’da Daxili Təqaüd Proqramına sənəd qəbulu başladı

0

SOCAR’da Daxili Təqaüd Proqramına sənəd qəbulu başladı

Müsabiqə 2019-2020-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir.

Son qeydiyyat tarixi: 01 aprel 2019-cu il

http://tehsil.socar.az/register

Ətraflı:

Ümumi məlumat
  • SOCAR təqaüdü (bundan sonra – Təqaüd) Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin (bundan sonra – ATM) bakalavr və magistr pillələrində siyahısı bu Proqramda verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrinə (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş tələblərə müvafiq qaydada verilir.
  • Təqaüd aşağıdakı məqsədlərlə verilir:
    • SOCAR üçün vacib olan ixtisaslara gəncləri cəlb etmək;
    • ali təhsilin nüfuzunu möhkəmləndirmək, istedadlı, perspektivli tələbələrin potensialının realizəsinə dəstək olmaq, onların sosial müdafiəsini gücləndirmək;
    • tələbələri bilik, təcrübə və təşəbbüskarlıqlarını artırmağa həvəsləndirmək;
    • istedadlı tələbələrin tədris planlarında nəzərdə tutulan tədris-tanışlıq və istehsalat təcrübələrini SOCAR-ın qabaqcıl istehsalat sahələrində və elmi-tədqiqat institutlarında keçməsinə şərait yaratmaq;
    • ATM-i müvəffəqiyyətlə bitirmiş yüksək bilikli məzunları SOCAR-da ixtisası üzrə işlə təmin etmək.
  • Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir.
  • Tələbə akademik məzuniyyətə çıxdıqda, ATM-dən xaric olunduqda, başqa ali təhsil müəssisəsinə keçdikdə/köçürüldükdə, təqdim etdiyi sənədlərdə saxtakarlıq aşkar olunduqda, başqa ixtisasa keçdikdə/köçürüldükdə, başqa kommersiya təşkilatının təqaüdünü aldıqda Təqaüdün ödənilməsi dayandırılır.
  • Təqaüd Təqaüdçüyə fərdi plastik bank kartı vasitəsilə ödənilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdçü üçün fərdi plastik bank kartının açılması SOCAR-ın hesabına təmin edilir.
  • Təqaüdün aylıq məbləği 100 manat təyin olunub.
  • Təqaüd Tələbələrin seçilməsi üzrə SOCAR-ın Müsahibə Komissiyasının keçirdiyi müsahibədən müvəffəqiyyətlə keçən Tələbələrə verilir.
Təqaüd almaq üçün iddiaçılara qoyulan tələblər

Müsabiqə bu Proqramda qeyd olunmuş ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr arasında aparılır (“İxtisaslar” bölməsində verilmişdir).

  • Tələb olunan ixtisasların siyahısı SOCAR rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər.
  • Təqaüd almağa iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • tələb olunan ixtisaslar üzrə bakalavr 2-ci, 3-cü və 4-cü kursda əyani və magistratura pilləsinin əyani və qiyabi şöbələrində təhsil almalıdır (bakalavr 1-ci kursların namizədliyinə baxılmır);
    • son 2 semestrdə “kafi” qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq “kafi” qiyməti olmamalı, qalan bütün qiymətləri “yaxşı” və ya “əla” olmalıdır;
    • başqa kommersiya təşkilatının təqaüdünü almamalıdır;
    • SOCAR-da və səhmlərinin bir hisssəsi SOCAR-a aid olan qurumlarda çalışmamalıdır.
  • Təqaüd müsabiqəsinə iddiaçıların sənədləri hər tədris ilinin 1-ci semestri bitdikdən sonra növbəti 3 həftə ərzində qəbul edilir.
  • Təqaüd almaq üçün tələbə fərdi qaydada elektron qeydiyyatdankeçməlidir
Müsabiqənin keçirilmə qaydaları
  • Müsabiqənin keçirilməsi ilə bağlı elan SOCAR-nin veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
  • Müsahibəyə buraxılan tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
  • Müsabiqə 2 turda – məntiq üzrə test imtahani (1-ci tur) və SOCAR-da müsahibə (2-ci tur) yolu ilə keçirilir.
  • 1-ci turda tələb olunan balı toplayan namizədlər 2-ci tura- müsahibəyə buraxılır.
  • Müsahibəyə buraxılan iddiaçılar özləri ilə şəxsiyyət vəsiqəsitələbə biletivə trankriptin əslini götürməlidirlər.
  • 2-ci turda namizədlər SOCAR-ın müsabiqə komissiyası tərəfindən müsahibə olunur.
  • Komissiya üzvləri iddiaçıların hazırlığını 5 (beş) ballıq sistemlə qiymətləndirirlər.
  • Qiymətləndirmə zamanı neft, neft-kimya, energetika, kompüter mühəndisliyi ixtisaslarından olan, KİV-də ixtisası ilə əlaqəli məlumatlarla maraqlanan, işgüzarlığı ilə seçilən, təcrübə rəhbəri tərəfindən yaxşı xarakterizə olunan, habelə ixtisası üzrə işləmək həvəsi olan, nizam-intizama riayət edən iddiaçılara üstünlük verilir. 1-ci turda toplanan ballar 2-ci turda nəzərə alınmır.
  • Komissiya üzvləri tərəfindən iddiaçılara verilən balların cəminin müsabiqəni aparan Komissiya üzvlərinin sayına bölünməsi yolu ilə hər bir iddiaçı üçün orta bal müəyyən olunur.
  • Hər kursdan “4”-dən aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd Təqaüdçü seçilir.
  • Komissiya tərəfindən seçilmiş Təqaüdçülərin siyahısı təsdiq edilmək üçün SOCAR-ın prezidentinə təqdim olunur.
  • SOCAR-ın prezidenti tərəfindən təsdiq olunduqdan sonra Təqaüdçülərin siyahısı təqaüdçülər bölməsində yerləşdirilir.
İxtisaslar
NÖC və Avtomatika Avtomatlaşdırılmış layihələndirmə sistemləri, informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
Elektrotexnoloji və elektrotexniki qurğular və sistemlər
Elektromexanika
İstehsal proseslərinin avtomatlaşdırılması
Metrologiya, standartlaşma və sertifikasiya mühədisliyi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Ekologiya Ekologiya
Ekologiya mühəndisliyi
Ətraf mühitin mühəndis mühafizəsi (neft və qaz sənayesi üzrə)
Ətraf mühit kimyası
Ətraf mühit və neft sənayesi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Energetika Elektroenergetika sistemləri və şəbəkələri
Elektrik təchizatı
Elektrik mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Geoloji-kəşfiyyat Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları
Neft və qazın geologiyası
Geofizika mühəndisliyi
Geologiya mühəndisliyi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
İnformasiya və kommunikasiya texnologiyaları Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı
Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri
Rabitə qovşaqları və kommutasiya sistemləri
Kompüter elmi və mühəndisliyi
Məlumatların mühafizəsinin texnologiyası və təşkili, kompüter təhlükəsizliyi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
İqtisadiyyat Sənaye mühəndisliyi
Mühasibat uçotu və audit
Maliyyə və maliyyə kredit
Menecment, biznesin və sənayenin təşkili və idarə edilməsi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Kimya-texnologiya Üzvi kimya və neft kimyası texnologiyası
Qaz kimyası texnologiyası
Neft və qaz emalı texnologiyası
Neft-qaz və alternativ enerji texnologiyası
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Mexanika Enerji maşınqayırması mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
Mexanika Mühəndisliyi
Mexatronika və robototexnika
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Qaz Neft Mədən Neft və qaz quyularının qazılması
Neft-qaz yataqlarının işlənməsi və istismarı
Neftin-qazın nəqli və saxlanması
Neft-qaz qurğuları mühəndisliyi
Müvafiq dərslər keçirilən digər ixtisaslar
Tikinti İnşaat mühəndisliyi və menecment
Dəniz hidrotexniki qurğular, onların tikintisi (neft və qaz sənayesi üzrə)
Neft və qaz kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı
Müvafiq dərslər keçirilən digər ixtisaslar

 

 







BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin