“Al-Əlvan QARABAĞ 2” – Şəmkir və Gəncədə sərgi!

0

Qarabağın tarixi abidələri – Tariximizin ARXİVİ!

Bu gün işğal altında olan Dağlıq Qarabağ regionumuzda minlərlə tarixi abidələrimiz düşmən tapdağı altındadı. Bu tarixi abidələrimizin tanıdılması və gələcək nəsillərə ötürülməsi üçün“Al-Əlvan QARABAĞ 2” yumurta qabığı üzərində rəsm sərgisi keçiriləcək. Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin,Şəmkir Rayon Gənclər və İdman İdarəsinin, “Böyük Yol” Gənclər İctimai Birliyinin və Park Bulvar AVM-in tərəfdaşlığı ilə Bakı, Gəncə və Şəmkir şəhərlərində baş tutacaq.

Layihənin məqsədi Qarabağda yerləşən tarixi abidələrimizin rəsm sənəti ilə gənclərə və geniş ictimaiətə tanıtmaq, eləcədə istedadlı gənclərimizin fəaliyətini stimullaşdırmaqdır.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır.
Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də daşnak quldurdəstələri tərəfindən dağıdılıb. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Bu baxımdan bu tarixi abidələrin gənclər arasında mütəmadi təbliğ olunması və onlara maddi-mənəvi dəyərlərimizin aşılanması biz gənclərin borcudur. Bizlər sizi maddi-mənəvi dəyərlərimizin yumurta qabığı üzərində təsvirlərini izləməyə dəvət edirik.

Şəmkir rayonunda və Gəncə şəhərində keçiriləcək olan sərgilər aşağıdakı ardıcıllıqla keçiriləcəkdir.

1. Şəmkir rayonu:
Tarix: 13.03.19 saat: 11:00
Məkan: Şəmkir rayon Tarix-Diyarşünaslıq muzeyi (Mirzə Ələkbər Sabir, 16)

2. Gəncə şəhəri:
Tarix 13.03.19 saat: 16:00
Məkan: Gəncə şəhər Gənclər evi

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin