“Səhnədəki Ədəbiyyatımız” layihəsi çərçivəsində teatr – Şəmkirdə!

0

Səhnədəki Ədəbiyyatımız!
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olmuş Gülçin Qasımova tərəfindən Şəmkir rayon Gənclər və İdman İdarəsinin, “Böyük Yol” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

İnsanın kamilləşməsi, şəxsiyyət kimi formalaşması, cəmiyyət üçün layiqli vətəndaşa çevrilməsi üçün yüksək biliyi, savadı, təfəkkürü olmalıdır. Bu biliyi və savadı isə ona yalnız kitablar verə bilər. Kitab oxumaq insanı saflaşdırır, onu xoşagəlməz addımlardan çəkindirir. İnternet və digər informasiya texnologiyaları nə qədər inkişaf etsə belə, hələ uzun illər bundan sonra kitabı, xüsusilə də, bədii əsərləri əvəz edə bilməyəcək. Məhz layihənin də əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin səhnələşdirilməsi vasitəsilə yeniyetmə və gənclərdə bədii və elmi ədəbiyyata marağın artırılmasıdır.

Əziz Şəmkirlilər sizləri Azərbaycan Milli Teatr gününə həsr olunmuş “Səhnədəki Ədəbiyyatımız” layihəsi çərçivəsində təşkil olunacaq teatrı baxmağa dəvət edirik. Teatr zamanı Azərbaycan ədəbiyyatında olan dram əsərlər, povestlər, novellalar Şəmkir rayonunda fəaliyyət göstərən orta ali təhsil müəsissələrinin sagirdləri tərəfindən səhnələşdiriləcək.

Tarix 12.03.2019 Saat: 11:00
Məkan: Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzi

Səhnələr
1. İmadəddin Nəsimi – Sığmazam qəzəli (Nəsimi filmindən səhnə)
2. Mirzə Fətəli Axundov. Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)
3. Abdulla Şaiq – Danışan Kukla
4. Mirzə Fətəli Axundovun – “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” klassik komediyası (Dərviş Parisi partladır filmindən səhnə)
5. Hüseyn Cavid – “Ana” mənzum dram
6. Əbdürrəhim bəy Haqverdiyev – “Daşçı” pyesi
7. Cəlil Məmmədquluzadə – “Ölülər” pyesi
8. Səməd Vurğun – “Vaqif dramı
9. Nağıllar (“Qırmızı papaq”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmməd”)
10. Üzeyir bəy Hacıbəyov – “O olmasın bu olsun” musiqili komediya
11. Nizami Gəncəvi – Oğlum Məhəmmədə nəsihət (“Leyli və Məcnun”poemasından, ixtisarla)
12. Üzeyir bəy Hacıbəyov – “Arşın mal alan” operettası

Gəlin ədəbiyyatımızın zənginliyinə birgə şahid olaq!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin